Aktrisanı qarət edən sabiq nazir oğluna hökm oxundu - Rusiyada

10:54 22-08-2019 730

Sankt-Peterburq məhkəməsi rusiyalı aktrisa Mariya Şumakovanı qarət etməkdə ittiham olunan gəncə hökm oxuyub.

Ona iki il yeddi ay həbs cəzası verilib.

İstintaqın məlumatına görə, iyulun 13-də həmin gənc Pionerskaya küçəsində dayanmış "Mercedes Benz" markalı avtobusa minib. Oradan aktrisaya məxsus müxtəlif əşyaları, o cümlədən, brilyant üzük və "Rolex" markalı saatı götürüb.

Cani oğurladığı bank kartı ilə "fast food" restoranlarının birində ödəmə etməyə çalışarkən saxlanılıb.

"Fontanka"nın verdiyi xəbərə görə, oğru Malinin keçmiş Daxili İşlər nazirinin oğlu Nikita Baqayokodur. Əvvəllər də o, cinayət məsuliyyətinə cəlb olunub.