Rusiya kosmosa robot kosmonavt göndərdi - VİDEO

11:54 22-08-2019 1025

Baykonur kosmodromundan "Soyuz MS-14" gəmisi ilə "Soyuz-2.1a" daşıyıcı raketi uçuş edib. Raketin bortunda insanabənzər robot "Fedor" (FEDOR - Final Experimental Demonstration Object Research) olub.

Uçuş "Roskosmos" saytında birbaşa yayımlanıb.

İdarə olunan gəmi Beynəlxalq Kosmik Stansiyaya ekipajsız yola düşüb, bortda yalnız robot və yük olub. "Fedor" burada iki həftə qalacaq və Rusiya kosmonavtı Aleksandr Skvortsovun idarəsi altında bir neçə tapşırığı yerinə yetirəcək. Robot sentyabrın əvvəllərində planetimizə qayıdacaq.

Start zamanı əlində Rusiya bayrağı tutan robot "Fedor" Yuri Qaqarinin məşhur sözünü deyib:

"Getdik!"

Səkkiz dəqiqə 49 saniyə sonra gəmi orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya tərəf yollanıb. Bu andan robot "Fedor" Yer planetinin səthindən yüz kilometrlik şərti həddi keçdiyi üçün kosmonavt hesab edilə bilər.

"Fedor" Rusiya Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə "Android texnikası" və Perspektiv Tədqiqatlar Fondu tərəfindən yaradılıb. Robotun yaradılmasına 300 milyon rubl (7,7 milyon manat - red.) xərclənib. Bu yaxınlarda onun adı dəyişərək "Skybot F-850" olub.