ABŞ ordusu Vyetnam müharibəsi haqqında kitab üçün müəllif axtarır

16:18 22-08-2019 798

ABŞ 1968-1970-ci ilərdə Vyetnamda ordusunun keçirdiyi əməliyyatlar haqqında "mükəmməl yazı" hazırlayacaq müəllif axtarışındadır.

Bu barədə ABŞ ordusunun Müqavilə İdarəsinin dərc etdiyi bazar tədqiqatına dair sorğuda bildirilir.

"İdarə ölkə ordusunun 1968-ci ilin oktyabrından 1970-ci ilin iyun ayınadək apardığı əməliyyatlar mövzusunda məlumatın yığılmasını, eləcə də mükəmməl əlyazmanın yazılışı və redaktəsini öz üzərinə götürəcək müəlliflə müqavilə bağlamağa hazırdır", - "Vyetnamda müharibə haqqında kitab" layihəsinin təsvirində deyilir.

Sənəddə qeyd olunur ki, minimum vaxt və əmək sərf etməklə layihəyə başlamaq üçün ABŞ ordusu Vyetnam müharibəsinin tarixi, xüsusən münaqişənin son mərhələləri barədə geniş biliklərə sahib müəllif axtarır. 

Tədqiqat zamanı müəllif məxfi məlumatlara, eləcə də ABŞ ordusunun Hərbi Tarixi Mərkəzinin sənədlərinə giriş əldə edəcək.