“Omikron” ştammı pandemiyanın sonu ola bilər

03:00 04-12-2021 357

Yoluxucu xəstəliklər üzrə mütəxəssis “omikron” ştammını pandemiyanın sona çatmasının əlaməti adlandırıb.

Bunu Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin yoluxucu xəstəliklər və epidemiologiya kafedrasının müdiri Vladimir Nikiforov bildirib.

“Cənubi Afrikada yaranan yeni ştam nəzərəçarpacaq dərəcədə daha yoluxucudur/ Lakin bu variant az hallarda ağır formalara səbəb olur və ağciyərlərə ciddi ziyan vurmur. Düşünürəm ki, bəlkə də bu, kabusun sonunun başlanğıcıdır”, - deyə Nikiforov bildirib.

O, həmçinin qeyd edib ki, “omikron” daha çox insanı yoluxduracaq, lakin xəstəlik daha yüngül keçəcək.

Mənbə: moslenta.ru