Nazir müavini: Taxta bazarındakı yanğın tam nəzarətə götürülüb

17:27 22-08-2019 818

Hazırda 1500 kvadratmetrdən artıq sahə yanır.

HerGun.Az xəbər verir ki, bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, yanğın tam nəzarətə götürülüb:

"Yanğınsöndürmə işləri davam etdirilir. Əraziyə təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırılıb məlumat veriləcək".

İlhamə Əbülfət