“Yuventus” Bentankurla müqavilənin müddətini uzatdı

03:54 23-06-2019 711

Turin futbol klubu “Yuventus” uruqvaylı yarımmüdafiəçi Rodriqo Bentankurla yeni müqavilə imzalayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, 21 yaşlı xavbeklə yeni müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub. Uruqvaylının öncəki müqaviləsinin müddəti 2022-ci ildə bitir.

Qeyd edək ki, Bentankur “Yuventus”a 2017-ci ildə Argentinanın  “Boka Huniors”  klubundan keçib.