Ermənistan MN “əsirlərin siyahısı”na kənar şəxsləri daxil edib: Cinayət işi başlanıb
00:00 09-12-2021 901

Ermənistanın hərbi polisi Azərbayan tərəfindən saxlanılan və itkin düşmüş hərbçilərin siyahıları ilə bağlı saxtakarlıq faktını aşkarlayıb.
Belə ki, 2021-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən hərbi qulluqçu və könüllü olmayan R.A.-nın sözügedən siyahıya daxil edilməsi üzə çıxıb.
Saxtakarlıq nəticəsində hərbi qulluqçuların Sığorta Fondundan R.A.-nın ailəsinə bu günə kimi 2 milyon 700 min dram vəsait köçürülüb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü bəndi üzrə (vəzifə öhdəliklərinə qarşı səhlənkarlıq) cinayət işi başlanıb.
Mənbə: “Sputnik Armenia”