Məşhur reper silahlı hücum nəticəsində həlak oldu

04:00 10-12-2021 415

Amerikalı reper Vinsent Kohran silahlı hücum nəticəsində dünyasını dəyişib.

“Slim 400” kimi tanınan məşhur reperə hücum edənlərin kimliyi hələ ki, müəyyən olunmayıb.

Kohran “YG & Sad Boy Loko” ilə birlikdə çıxardığı “Bruisin” mahnısı ilə məşhurlaşıb.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində anadan olan 33 yaşlı reper Los-Ancelesdə yaşayıb. Hələ 2019-cu ildə o, silahlı hücum zamanı 10 güllə yarası alsa da sağ qalmağı bacarıb.

Mənbə: “Haber Global”