Ağsuda dağlıq ərazidə yanğın baş verdi - FOTO/VİDEO

21:09 22-08-2019 967

Bu gün Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.