Ağstafada avtomobil qəzası: 84 yaşlı qadın yaralandı

23:00 22-08-2019 660

Ağstafa rayonunun Poylu kənd ərazisində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, qəza nəticəsində 84 yaşlı sərnişin Nazan Omarova müxtəlif bədən xəsarətləri alıb. 

N.Omraova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.