Bakıda 2 avtomobil toqquşdu, 1 nəfər yaralandı

23:54 22-08-2019 656

Sabunçu rayonunda 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər yaralanıb.

HerGun.Az-ın verdiyi xəbərə görə, Pirşağı yolunda baş verən hadisə zamanı 1961-ci il təvəllüdlü Məmmədov Yusif Niftəli oğlu xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu