Ancelina Coli oğlunu göz yaşları içərisində universitetə yola saldı - VİDEO

00:18 23-08-2019 27

Hollivudun məşhur ulduzları, dünya şöhrətli akrisa Ancelina Coli və aktyor Bred Pittin böyük oğlu 18 yaşlı Maddoks Seulda yerləşən Cənubi Koreyanın Ense Universitetinə daxil olub.  

Gənc oğlan valideynlərinin yolu ilə getməyib, digər məşhur uşaqları kimi model olmaq da istəməyib.

Maddoks gələcəyini daha ciddi sahə ilə bağlayıb, daxil olduğu universitetin biomühəndislik fakültəsini seçib.

Ötən gün Ancelina göz yaşları içində oğlunu universitetə yola salıb.

Aktrisa universitetdən və Maddoksun qalacağı yataqxana otağından məmnun qalıb. Ancelina universiteti tərk etməzdən öncə, onunla söhbət etməyə gələn hər kəslə yadigar foto çəkdirib. 

Rəşad Əliyev