Rihanna ailəsini milyarder sevgilisiylə tanış etdi - FOTO

02:00 23-08-2019 699

Pərəstişkarları sevimli müğənnilərinin tezliklə ərə gedəcəyindən danışırlar.

Rihanna artıq iki ildir ki, ərəb milyarderi Həsən Cəmillə görüşür. O, şəxsi həyatının təfərrüatlarını gizlətməyə çalışır. Amma göründüyü kimi, məşhurların sirri olmur. 

Rusiya saytlarının yazdığına görə, Rihannanın Həsəni ailəsi ilə tanış etməsi də pərəstişkarlarından gizli qalmayıb. Avqustun 13-də müğənni anası Monika Breytveyt və qardaşlarından birinin əhatəsində ərəb milyarderi ilə şam yeməyi yeyib. 

Onlar gecəyarıyadək bir yerdə oturublar, arada isə Həsən Rihannanın qolundan tutub.

Sosial şəbəkələrdəki pərəstişkarlarının fikrincə, elə həmin məqamda cütlük evlənməyə hazırlaşdığını ailəyə bəyan edib.

Fanatlar artıq müğənnidən bu barədə rəsmi bəyanat gözləyir və onu ağ gəlinlikdə təsvir edirlər.