Ramanada dayı və bacıoğlu döyüldü

02:45 23-08-2019 643

Bakının Sabunçu rayonunda kişi və bacısı oğlu döyülüb.

HerGun.Az xəbər verir ki, Yeni Ramana qəsəbəsində 1978-ci il təvəllüdlü Həsənov Ramil Tacəddin oğlu və onun bacısı oğlu, 1993-cü il təvəllüdlü Elçiyev Ruslan Hacıxəlil oğlu naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. R.Həsənova alının, R.Elçiyevə isə başın təpə nahiyəsinin əzilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu