Bakıda “Hyundai” çay evinə çırpıldı - FOTO

03:45 23-08-2019 748

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində qeydə alınıb.

Hərəkətdə olan Nəbiyev Həsən Yaşar oğluna məxsus “Hyundai” markalı maşın anidən idarəetməni itirərək yol kənarındakı ağaca daha sonra isə çay evinin divarına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu