“Greenpeace” və “WWF” G7 sammitini boykot etdi

04:45 23-08-2019 857

“Greenpeace” və “WWF” (Vəhşi təbiət fondu) Biarrisdə (Fransa) keçiriləcək “Böyük yeddilik” ölkələri forumunu boykot etmək qərarına gəliblər.

“Yelisey çölləri QHT-lər üçün nəzərdə tutulmuş akreditasiyalar sayını azaltmaq və onları sammitdən qıraqda saxlamaq qərarına gəlib. Bu qərar təhlükəli presedent yaradır və biz onu qəbul edə bilmərik”, - deyə, ekoloqlar bildiriblər.

Qeyd olunur ki, Fransa hakimiyyəti ekologiya QHT-lərinin mətbuatı üçün cəmi 25 yer verib və onları əsas danışıqların keçəcəyi “qırmızı zolağa” akredetisiyadan qıraqda qoyub.

G7 sammiti 24-26 avqust tarixlərində Biarris şəhərində keçiriləcək.