Maykl Ceksonun gizli vəsiyyətnaməsi olubmuş

06:54 23-08-2019 999

Müğənni Maykl Ceksonun ölümündən bir neçə il əvvəl gizli vəsiyyətnamə yazıb.

Independent” xəbər verir ki, bu barədə artistin keçmiş agenti Reymon Beyn danışıb.

Onun sözlərinə görə, sənəd 2006-cı ildə tərtib olunub.

Müğənninin vəfatından sonra məhz bu vəsiyyətnamə üzə çıxarılmalı olduğu halda, 2002-ci ilin vəsiyyətnaməsi açıqlanıb.

R.Beyn bildirir ki, gizli vəsiyyətində müğənni yazdığı şeylərin qorunması haqqında yazıb, amma heç kim bu sənədin harada olduğunu bilmir.

Hazırkı vəsiyyətə görə Maykılın 500 milyon dollarıq varidatının 40 faizi anasına çatıb, həmçinin bir hissəsi onun üç uşağı arasında bölunub, yerdə qalanı isə vəsait xeyriyyə işlərinə sərf olunub.