“Titanik” Atlantikanın dibində ciddi dağıntılara məruz qalıb – VİDEO
07:36 23-08-2019 1105
Bir qrup amerikalı alim sualtı qayıqlar vasitəsi ilə məşhur “Titanik”ın qalıqlarını tədqiq edib.
Ekspedisiya zamanı çəkilən video “Facebook” sosial şəbəkəsində yerləşdirilib.
Kadrlardan göründüyü kimi gəmi ciddi dağıntılara məruz qalıb. Dağılmanın əsas səbəbləri sualtı cərəyanlar və korroziyaya gətirib çıxaran mikroorqanizmlərin fəaliyyəti olub.
Bu “Titanik”in 14 il ərzində çəkilmiş ilk videosudur.