“Dune” filmi “Oskar”ın dörd nominasiyasında namizəddir - FOTO

04:00 23-12-2021 776

Denis Villnevin “Dune” fantastik dramı “ən yaxşı qrim və saç”, “ən yaxşı vizual effekt”, “ən yaxşı səs” və “ən yaxşı musiqi” kateqoriyalarında dörd “Oskar” mükafatına namizəddir.

Bu barədə 10 nominasiya üzrə mükafata namizədlərin qısa siyahısını təqdim edən Amerika Kinoakademiyasının açıqlamasından məlum olur.

Bildirilir ki, bundan başqa “ən yaxşı əcnəbi film”, “ən yaxşı sənədli film”, “ən yaxşı qısametrajlı sənədli film”, “ən yaxşı mahnı”, “ən yaxşı qısametrajlı cizgi filmi”, “ən yaxşı bədii qısametrajlı film” kimi kateqoriyalara namizədlər də açıqlanıb. Hər qısa siyahıda 10-15 namizədin adı var.

Ceyms Bond barədə yeni “No Time to Die” filmi “ən yaxşı qrim və saç”, “ən yaxşı musiqi”, “ən yaxşı mahnı” və “ən yaxşı səs”; “The Power of the Dog” “ən yaxşı səs” və “ən yaxşı musiqi” nominasiyalarında siyahıya düşüb.

Namizəd filmlər arasında “Cruella”, “House of Gucci”, “The Suicide Squad” - “ən yaxşı qrim və saç”; “The Last Duel” “ən yaxşı musiqi”; “The Matrix Resurrections”, “Black Widow”, “Spider-Man: No Way Home” – “ən yaxşı vizual effekt” üzrə namizədlər siyahısına daxil edilib.

Mükafata namizədlərin tam siyahısı fevralın 8-də açıqlanacaq, mükafatlandırma mərasimi isə martın 27-nə planlaşdırılıb.

Mənbə: TASS