Üç Hollivud ulduzu bir araya gəldi

07:00 06-01-2022 541

Dünya şöhrətli aktyor Kianu Rivz ilk dəfə serialla tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Serialın prodüseri “Oskar” mükafatçısı Leonardo Di Kapriodur.

Ekran əsərinin ərsəyə gəlməsi üzərində Martin Skorseze kimi bir sıra məşhurların da çalışdığı bildirilib.

“Matrisa və “Con Uik” kimi franşizaları ilə tanınan Rivzin hazırda sözügedən serialda iştirakı üzrə danışıqlar apardığı qeyd olunub.

Seriala gəlincə, onun “Hulu”-nun sifarişilə Erik Larsonun 2003-cü ildə yazdığı “The Devil in The White City” (İblis Ağ Şəhərdə) kitabı əsasında çəkildiyi vurğulanıb. Serial 1893-cü il Beynəlxalq Çikaqo Sərgisində taleləri əbədi olaraq bir-birinə bağlanan iki kişinin, memar və silsilə qatilin həyat hekayəsindən bəhs edir.

Mənbə: “Haber Global”