Çavuşoğlu: “Türk dünyasının dərdi bizim dərdimizdir və bütün dünya bunu Qarabağda gördü”

15:00 09-01-2022 489

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyanın Belek Turizm Mərkəzindəki bir hoteldə “Səssiz İnqilablar Çağı” mövzusunda keçirilən Ədalət və İnkişaf partiyasının regional məşvərət şurasındakı çıxışında Türk dünyasındakı aktual problemlərə, o cümlədən də hazırda Qazaxıstanda baş verən hadisələrə toxunub.

“Ümid edirik ki, Qazaxıstan mümkün qədər tez sabitliyə, əmin-amanlığa və sülhə qovuşacaq”, -deyə XİN rəhbəri bəyan edib.

O, çıxışında Qarabağı da yada salıb.

“Türk dünyasının dərdi bizim dərdimizdir. Bütün dünya bunu Qarabağ zəfərində gördü”, - deyən nazir Türkiyənin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə həmrəyliyini, hər zaman onların yanında olmasını bir daha nəzərə çatdırıb.

Mənbə: “Anadolu”