Əfqanıstanda rəflər dolu, insanlarsa yoxsul və acdır – VİDEO
09:00 15-01-2022 366

Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra beynəlxalq sanksiyaların tətbiqi və Qərb ölkələrinin dəstəyi dayandırması ölkə iqtisadiyyatını praktiki olaraq məhv edib.
Bu barədə BBC-nin hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, insanlar ailələrini dolandıra, evlərini qızdıra bilmirlər. Bir milyondan çox uşaq qida çatışmazlığı səbəbindən təhlükə altındadır.
BMT Qərb liderlərini Əfqanıstana təcili yardım etməyə çağırıb.