Gəncədə minik maşını yük avtomobili ilə toqquşub - FOTO

01:00 17-01-2022 456

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21012” ilə “Ford Tranzit” kiçik tutumlu yük maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin etimala görə, qəzaya səbəb avtomobillərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.