20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib

15:14 23-01-2022 192

        19 yanvar 2022-ci il tarixdə Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat  Məktəbiinin  təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş  şahmat yarışı  keçirilib.
Əvvəlcə 1990-cı il 20 Yanvar faciəsi zamanı  vətənimizin suverenliyi uğurunda canlarını qurban verən şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin direktoru Qoşqar Əliyev  çıxış edərək 32 il əvvəl  sovet qoşunlarının Bakıda törətdiyi  qanlı faciədən bəhs etdi. Ümummilli lider Heydər Əliyevin  bu qanlı faciəyə verdiyi siyasi-hüquqi qiymətdən danışdı.

   Qoşqar Əliyev  bildirdi ki,yarışların  keçirilməsində əsas  məqsəd 20 Yanvar  şəhidlərinin  xatirəsinin ehtiramla  anılması, şagirdləri idmana cəlb etməklə onlar arasında  dostluq əlaqələrini  möhkəmləndirmək, rayonumuzda şahmatın kütləviliyini  təmin  etməkdən ibarətdir.Şagirdlərin  şahmat sahəsində biliklərinin  artırılmasında  əməyi olan müəllimlərdən metodist Rafiq Əzizov, məşqçi müəllimlərdən Təhməzova Röyalə və Məmmədov Sədi  müəllimin zəhməti  daha böyükdür. Bu müəllimlərin şagirfdləri yarışlarda yaxşı nəticələr vermişlər.Daha sonra şahmatçılara uğurlar arzuladı. Yarışlara start verildi.

Xəbər lenti