AĞLAMA  ŞƏHİD  ANASI

15:56 22-04-2022 639

 

 

 

   Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

    Şəhidlik adi ölüm deyil, Vətən, torpaq uğrunda candan keçməklə özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xöşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyrulur ki, şəhidlik və qazilik  peyğəmbərlərdən sonra gələn adlardır. Şəhid qardaşlarımız da öz şücaəti ilə, vətənpərvərlikləri ilə Vətənimiz uğrunda, doğça Qarabağımız uğrunda gedən döyüşlərdə rəşadətlə şəhid olaraq şəhidlik zirvəsinə ucalmışlar. Biz   bütün qəhrəman qardaşlarımızla fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin və onların məkanları behişt olsun inşallah. Şəhidlərimizi həmişə anmaq, yada salmaq, onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə aşılamaq, çatdırmaq bizim mənəvi borcumuzdur. Bu an da şəhidlərimizə ithaf etdiyim şeri deməyi özümə borc bilirəm.

 

                                            AĞLAMA  ŞƏHİD  ANASI

 

                                                Param parça ürəyimi,

                                                Dağlama, şəhid anası,

                                                Şəhidlərim,ölməz axı,

                                                Ağlama, şəhid anası,

                                                     

                                                Oğul deməz Vətən bizə,

                                                Qurban olum o yol izə

                                                Sipər olsun canım sizə,

                                                Ağlama, şəhid anası,

 

                                                Əsir düşmüş torpağım var,

                                                Odu sönmüş ocağım var,

                                                Qarabağım, göz dağım var,

                                                Ağlama,çəhid anası,

 

                                                 Oğlun şəhid, qəhrəmandı,

                                                 Ruh yaşayır, ölən candı,

                                                 Millətim də ona yandı,

                                                 Ağlama, şəhid anası,

                                                 Ağlama, şəhid anası!!!!

  

                    Vüqar Ayaz oğlu Qasımov  (Vüqar Beyləqani), 

                        “Qızıl Qələm” media mükafatı laureatı