Şəhidlərin xatirəsinə futbol yarışı keçirildi

23:11 13-10-2022 796

    13 oktyabr  2022-ci il  tarixdə  Beyləqan rayonunun Aşağı Çəmənli kəndində şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol yarışının final görüşü  keçirildi. Yarışlarda şəhid ailələrinin  üzvləri, yaxınları, Aşağı Çəmənli kənd üzrə Ərazi İcra nümayəndəsi Ələddin müəllim,Beyləqan rayon Gənclər İdman İdarəsinin rəis müavini Bakir Həsənov,AYB,AJB-nın üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu,Beyləqan rayon Gənclər Mərkəzinin Əməkdaşı Elxan müəllim,kənd sakinləri iştirak etmişlər. 

      Çıxış edən natiqlər  44 gün davam edən Vətən müharibəsi zamanı döyüşlərdə şanlı ordumuzun gücündən,rəşadətindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin  rəhbərliyi ilə  düşmənə  qalib gəlməsindən söz açdılar və torpaqlarımızın azadlığı uğurunda  qəhrəmancasına həlak olan  şəhidlərimizə  Allahdan rəhmət dilədilər. Bildirdilər ki, neçə ki, Azərbaycan var şəhidlərimiz daima anılacaq.Onların xatirələrinə müxtəlif tədbirlər,turnirlər, yarışlar keçiriləcək,şəhidlərimiz həmişə yad  olunacaqdır.

    Final görüşündə Aşağı Çəmənli və Qaradağlı kənd futbolçuları qarşılaşdı. Gərgin və mübarizə şəraitində keçən  yarışın qalibi Aşağı Çəmənli komandası oldu. Qalib komandalara  Beyləqan rayon Gənclər İdman İdarəsinin diplomları və kuboklar təqdim olundu. Birinci yerin qalibi Aşağı Çəmənli komandasının  kapitanı  kuboku şəhidimizin balasına  təqdim etdi və xatirə şəkilləri çəkdirildi.