Milli həmrəyliyi və “iqtidar-xalq” birliyini formalaşdıran hakim Partiya

20:29 22-11-2022 365

         Heç kimə sirr deyil ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixdə keçirilmiş VII qurultayında qəbul olunmuş qərarlar, hakim Partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin vəzifəsinin təsis olunması və bu vəzifənin ölkənin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir. Partiyanın VII  qurultayında qəbul olunmuş qərarlar Partiyanın fəaliyyətində yeni inkişaf mərhələsinin başlandığını göstərir və keyfiyyətcə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. VII qurultayda, həmçinin, Yeni Azərbaycan Partiyasının  yeni, masir dövrün tələblərinə və çağrışlarına cavab verən  Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən, Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası Partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin, Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir.  VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti, Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunmuşdur. Sözügedən Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi Partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdı. Qurultayda Partiyanın daha təkmil idarəetmə forması müəyyən olunmuşdur. Bu gün, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də, ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. Yeni Azərbaycan Partiyası əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran Partiyadır. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Parlamentdə təmsil olunan müxalifət Partiyaların sədrləri ilə keçirilmiş görüşlər, bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət Partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

       Heydər Əliyev irsinin təbliği, təşviqi, güclü iqtisadiyyat, davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat, insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili, dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar, xarici siyasət, Ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış,  siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beyvəlxalq münasibətlər  sistemində nüfuzunun artırılması kimi göstəricilərinin yüksəldilməsinə xidmət edir. Şübhəsiz ki, Azərbaycan Respubliakısının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyevin rəhbərliyi ilə Ölkəmizin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyası öz  hədəflərinə çatacaqdır. Partiyamız bundan sonra da, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin Liderliyi ilə yeni-yeni qələbələrə imza atacaq...

    Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.