Uğurların davamlı olsun, Elmir

14:31 30-11-2022 883

    27 noyabr 2022-ci il tarixdə Beyləqan şəhəri İdman Olimpiya Kompleksində Şəhidlərimizin şərəfinə “Şəhidlərimizi qürurla anırıq“ adlı Avropa-Karate KUNQ-FU Assosiasiyaları ittifaqının Azərbaycanda rəsmi nümayəndəliyi və BUDOKAN Karate Nomiçi klubunun təşkilatçılığı ilə Karate üzrə Beyləqan rayon birinciliyi keçirilmişdir. Həmin tədbirdə Fərman Hacıyev adına Beyləqan şəhəri 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Qasımov Elmir Vüqar oğlu birinci yerə layiq görülmüş və medal ilə təltif edilmişdir. Bu münasibətlə Elmir Qasımovu təbrik edir, ona müvəffəqiyətlər arzulayırıq.  Uğurların davamlı olsun.