“ Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri ” layihəsi

22:34 30-11-2022 724

      Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “ Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri ” adlı layihənin təqdimatı keçirildi.

     16 sentyabr 2022-ci il tarixdə Beyləqan rayon Gənclər mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri” layihəsinin təqdimatı keçirildi. Tədbirdə “ Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri ” layihəsinin rəhbəri Anar Yaqubov, layihənin işçi qrupu, müəllim və valideynlər iştirak etdilər. Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Anar Yaqubov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi və həmin müsabiqənin qalibi olmuş “ Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri ” layihəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi.