“Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri  ” adlı qrant layihənin bağlanış tədbiri keçirilib

23:53 30-11-2022 418

       Noyabrın 22-də Beyləqan Gənclər Evində Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri  ” adlı qrant layihənin bağlanış tədbiri keçirilib.

     Tədbirdə layihə rəhbəri Anar Yaqubov, layihənin təlimçisi Xəlil Süleymanov, layihənin eksperti Anar Ələkbərov və  müəllim kollektivi  iştirak edib.

     Layihənin rəhbəri Anar Yaqubov layihə müddətinin icrası ilə bağlı geniş məlumat verərək bildirdi ki, layihənin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblər arasında təbliğatlar aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. O, qeyd etdi ki, Beyləqan və Xocavənd rayonlarında ümumilikdə 8 məktəbdə şagird və müəllimlərin iştirakı ilə “Zərərli vərdişlərdən qorunaq” mövzusunda təlimlər keçirilib. Layihənin icrası zamanı məktəblilərin asudə vaxtlarının təşkili  məqsəd ilə hədəf məktəblərin hər birində IX-XI sinif şagirdlərindən ibarət futbol komnadası yaradılıb və məktəblərarası  futbol yarışları keçirilib.

     Daha sonra söz layihənin digər nümayəndələrinə verildi  və onlar da öz növbələrində görülən işlər barədə geniş məlumat verdilər.

 

e-2