Sərxoş sürücü VAZ-ı aşırdı, toydan gələn üç nəfər yaralandı - FOTO

23:18 23-08-2019 372

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

20-BL-353 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb.

Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücünün sərxoş vəziyyətdə olduğu bildirilib.

Qəzaya səbəb isə yüksək sürət olub.

Faktla bağlı araşdırmalar davam edir.

Nazir Quliyev