6 yaşlılar arasında Şahmatçılarımızın uğurları

14-21 dekabr 2022-ci il tarixdə “Təhsil” Respublika İdman Mərkəzində şahmat idman növü üzrə Respublika birinciliyi keçirilmişdir. 6 yaşadək qızlar arasında Gəraylı Leyla Yusif qızı bütün rəqiblərinə qalib gələrək “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalına layiq görülmüşdür. O,13-23 aprel 2023-cü il tarixdə Yunanıstand keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmışdır.
Bu yaş qrupunda oğlanlar arasında keçirilən yarışda isə Abbasov Elmir Əbülfəz oğlu ikinci yer tutaraq diplom və medala layiq görülmüş və Avropa çempionatında iştirak etmək hüququ qazanmışdır. Hər iki şahmatçımızın müəllimi Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin müəllimi İlkin Əhmədovdur. İlkin müəllim Leyla və Elmirdən dünya və Avropa birinciliyindən yüksək nəticə gözlədiyini vurğulayır. Hər iki şahmatçımıza uğurlar arzulayırıq.
24 fevral 2023-cü il tarixdə ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində olmuş qalibləri təbrik etmiş, onları mükafatlandırmışdır.