“QONAĞIMIZ VAR” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ

19:33 25-02-2023 407

         20 fevral  2023-cü il tarixdə  Beyləqan rayon  Gənclər Evi  SXM-nın  təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində  Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, hergun. az saytının rəhbəri, Sözlü sehrli dünya ədəbi məclisinin sədri, Azərbaycan Türk xalqları Qardaşlığı İctimai Birliyinin Beyləqan rayonu üzrə regional sədri  Elman İsrafiloğlu ilə görüş  keçirildi.

     Tədbirdə ilk olaraq  müəssisənin  əməkdaşı Lalə Abbasova  gələn qonaqları salamlayaraq  belə görüşlərin keçirilməsinin vacibliyini  vurğulayıb, sonra  şair Elman İsrafiloğlunun  ötən illərinə, fəal  yaradıcılığına  nəzər saldı. Qeyd edildi ki, şairin  yaradıcılığında  vətənpərvərlik, milli kökə, soya  dərindən bağlılıq müxtəlif  şəkillərdə  təzahür edir.

     Tədbir diskusiya   şəklində  dvam etdirildi və  tədbir iştirakçıları  şairə  maraqlı suallar  ünvanladılar.

    Sonda şairin qələmə aldığı  şeirlərdən ibarət  kitab nümunələri  müəssisənin kitabxanasına  hədiyyə edildi.