Tovuz sakini naməlum şəraitdə bıçaqlandı

00:00 24-08-2019 369

Tovuz sakini bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Hunan kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü İ.Məmmədov döş qəfəsindən zərbə alıb.

Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı əməliyyat edilib.

İlkin məlumatlara görə, 22 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb.