AZƏRBAYCANA HƏSR OLUNMUŞ ÖMÜR

Ümummilli Lider Heydər Əliyevin100 illik yubileyinə həsr edirəm.

09:09 11-05-2023 265

 

I FƏSİL

ÜMUMMİL LİLİDER HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLİŞİ.

17 İYUL 1969-CU İL.  ÖLKƏNİN DİRÇƏLİŞİ

 

Azərbaycan mənim ana vətənim,

Sənsən mənim şanım, həm də şöhrətim.

Səninlə fəxr edir, qürur duyuram,

Köksündə boy atıb mən ucalıram.

 

...1969-cu ilinbir yay günüdə,

Yurda Rəhbər gəldi, sevgi qəlbində.

Azərbaycan sevdi öz Rəhbərini,

Bu Rəhbər qazandı xalq rəğbətini.

 

Heydər hakimiyyətə gəlişi ilə,

Ölkədə bir dönüş yaratdı qəlblə.

Bu dönüş tarixi, bir dönüş oldu,

Nurlu sabahlarabir yürüş oldu.

 

Azərbaycan, güldün, güldü çəmənin,

Köksündə bir günəş parladı sənin.

Heydər adlı Gnəş yurdanur saçdı,

Qaranlıqlar onun yolundan qaçdı.

 

 

Azərbaycan o vaxt uğur bilmirdi,

Dünyada tanınmaz bir ölkə idi.

Ulu Heydər əli torpağa dəydi,

Odlar yurdu gün-gün qalxdı, dirçəldi.

 

Ölkədə sürətli inkişaf oldu,

Hər kəsin qəlbinə məhəbbət doldu.

Heydərlə ölkəmiz gün-gün ucaldı,

Haqq-ədalət özün yerini aldı.

 

Açıldı dünyaya yurdun qolları,

Yurdumuz tanıdı qəhrəmanları.

Əmək adamları, iş adamları,

Heydərlətarixə açdı yolları.

 

Heydər dühasıylatanındı yurdum,

Sovet məkanında ucaldı yurdum.

Ölkəmiz ucaldı, dirçəldi gün-gün,

Dünyaya Heydərlə tanıtdı özün .

 

Şəhərlər salındı, kəndlər salındı,

Zavodlar tikildi xoş gün başladı.

Xalq Ulu Öndərisevdi ürəkdən,

Heydər öz xalqına bağlandı qəlbdən.

 

Ali Sovet Onun işin bəyəndi,

Heydəri Moskvaya dəvət eylədi.

Ən nəhəng işlərin başında durdu,

Heydər xarüqələr yaratdı, qurdu.

 

Artdı şan-şöhrəti Ulu Öndərin,

Tutdu paxıllığı ermənilərin.

Mənfurlar göstərdi öz pis xislətin,

Biabır etdilər onlar özlərin.

 

Heydəri sevməyən alçaq, bədnamlar,

Moskvaya vurdu çox teleqramlar.

Halal zəhmətinə güvəndi Heydər,

Oldu yurdumuzun ümidi Heydər.

 

Halal zəhmətiylə qurdu, yaratdı,

Dünyaya yudumu Heydər tanıtdı.

İnsanlarhər yerdə sevdi Heydəri,

Onunla açdılar nurlu səhəri.

 

Zaman öz işində, öz gərdişində,

Bir çox hadisələr oldu tarixdə.

Ölkəmiz yenidən müstəqil oldu,

Suveren bir dövlət ölkəmiz qurdu.

 

Sovet işğalından yurdum ayrıldı,

Başının üstünü fəlakət aldı.

Belə ağır gündə, çətin zamanda,

Xalq Heydər söylədi, Azərbaycanda.

 

  

II FƏSİL

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İKİNCİ DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ GƏLİŞİ.

 1993-CÜ İL.

 

 

Sovet İttifaqı dağıldı çökdü,

Yurdumda durğunluq bir hökm sürdü.

Dövlət başçıları bir-bir dəyişdi,

Yurdum təhlükəylə çox tez üzləşdi.

 

Bir ildə dörd başçı dəyişdi yurdda,

Bu yurdu bəlaya saldılar onda.

Xaos yaranmışdı Azərbaycanda,

Elçibəy yol gəzdi belə zamanda.

 

Elçibəy dözməyib çətin günlərə

Eyləddi dəvətin özü Heydərə.

Yaşamaq eşqiylə xalq xoş günləri.

Heydərə dikildi xalqın gözləri.

 

Dağılmaq qorxusu oldu ölkəmin,

Xaos, ozbaşnalıq, yaşamaq çətin.

Xalqın ümid yeri, həm güvənc yeri,

Ulu Heydər oldu,nurlu səhəri.

 

Vətənini sevən, O, Dahi İnsan,

İmtina etmədi xalq çağrışından.

Söylədi xalq üçün verərəm canı,

Qoymaram dağıla Azərbaycanı.

 

Hər zaman xalqıyla qəlbi döyündü,

Günəş tək göylərdə Heydər göründü.

Xalqın dar günündə köməyə gəldi,

“Yaşa Heydər”-sözü göyə yüksəldi.

 

Atılıb meydana bu Dahi bir də,

Qələbə qazandı çətinliklərdə.

Çalışıb dirçəltdi Azərbaycanı,

Heyrətə gətirdi bütün dünyanı.

 

Dahi Ulu Öndər Azərbaycanda,

Qurub yaratmışdır,özü hər yanda .

Saymaqla qurtarmaz gördüyü işlər,

Heydəri vətəndə çox-çox sevirlər.

 

Xarici düşmənlər qalsın bir yana,

Daxildə xainlərçıxdı qırğına.

Ələkrəm Hümbətov xəyallar qurdu,

Bu axmaq xəyalı göyə sovruldu.

 

Ermənibu yurda hücumlar edir,

Havadarlarıyla çox qürrələnir.

Səksəkə içində ellər yaşayır,

Ümidin Heydərə xalqım bağlayır.

 

Surət Hüseynov daxəyanət etdi,

Surətin ardıyca kimsə getmədi.

Qardaş qırğınının qarşısın aldı,

El-oba içində Heydər ucaldı.

 

Ulu Öndər Heydər çox uzaqgörən,

Müdrikliklə çıxdı çətinliklərdən.

Susdurdu Surəti, həm Ələkrəmi,

Üsyana qoymadı bir də Rövşəni.

 

Qoymadı dağıla Azərbaycanı,

Heyrətə gətirdi bütüncahanı.

Uğurlu siyasət hər bir rəhbərin,

Ölkəyə gətirir çiçəklənməyin.

 

İstəsə xoş keçə ayı illəri,

Hər ölkə layiqli seçər Rəhbəri.

Ulu Öndər Heydər çox işlər gördü,

Sevinc sədaları yurdu bürüdü.

 

Qoymadı dağılsın Azərbaycanı,

Bu yolda sərf etdi ömrünü, canı.

Ölməyib yaşayır Heydər dünyada,

Baş əyir insanlar bu böyük ada.

 

Müstəqil ölkəni yaratdı Heydər,

Memarı O, oldu, sevindi ellər.

Çiçəkləndi yurdum Ulu Öndərlə,

Dünyaya tanındı Dahi Heydərlə.

 

Gördüyü işləri Ulu Öndərin,

Uğurlu olmuşdur, bizim ölkənin.

İmzalandı əsrin müqaviləsi,

Zirvəyə ucaldı, Odlar Ölkəsi.

 

Heydər ziyasının işığı ilə,

Yurdumuz dirçəldi Ulu Öndərlə.

Xalq zülmətdən çıxdı işıqlı yola,

Dahi Heydər oldu hər zaman xalqla.

Azərbaycan xalqı, Dahi Heydərlə!

 

 

 

III FƏSİL

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV İRSİNİ

PREZİDENT İLHAM ƏLİYEV UĞURLA DAVAM ETDİRİR

 

Müstəqil ölkəmiz güclənir hər gün,

Heç kimdən qorxmadan deyir öz sözün.

Dahi Heydər xalqla birlikdə durdu,

Azad ölkəmizdə gücləndi yurdu.

 

Ulu Öndər irsi davam eyləyir,

İnsanlar bu irsdən hey bəhrlənir.

Abad olur ellər, dəyişir hər yan,

Gülüstana dönür can Azərbaycan!

 

İnkişaf eyləyirbu ana yurdum,

Heydər irsiylədi işıqlı yolum.

Erməni bu xalqın  bil düşmənidir,

Bizim inkişafa paxıllıq edir.

 

...Prezident İlhamdı yurdumda Rəhbər,

Düşünür xalqını hər axşam, səhər.

Doğma Azərbaycan güclənir hər gün,

Rəhbərimiz deyir dünyada sözün.

 

Niyə başa düşmür erməni xalqı,

İllərlə göstərdik onlara qayğı.

Torpaq da vermişik,paytaxt da belə,

Düz yola qayıtmır erməni hələ.

 

Erməni dünyada sülh istəməyir,

Hər yanda vəhşilik, terror törədir.

Bizim bölgələri atəşə tutur,

Erməni olduğun onlar unutmur.

 

Heydərin varisi Prezident İlham,

O,Ata yolundan dönmədi bir an.

Qarabağ həsrəti çıxmadı yaddan,

Olmadı nəticə danışıqlardan.

 

Ali Baş Komandan Prezident İlham,

Dedi ki, sülh üçün qurub, yaradam.

Elə ki, qudurdu Nikol Paşinyan,

Orduya əmrini verdi Komandan.

 

 Azərbaycanımın mərd əsgərləri,

Azad etdi yurddan şərəfsizləri.

Düşmən qoyub qaçdı sursatlarını,

Ölüb yerdə qalan adamlarını.

 

İtkin düşənlərdən yoxdur bir xəbər,

Niyə laldır, susur,böyük ölkələr?

Gözü yolda qalan minlərlə insan,

Cavabı gözləyir Ermənistandan.

 

Ordumuz qovanda mənfur düşməni,

Dünyaya car çəkdi mənfur erməni.

Əi-ayağa düşdü bir çox ölkələr,

Keçən otuz ildə dinməmişdilər.

 

Qarabağın varın yeyən ölkələr,

Uzun illər həmlal, kar,kor imişlər.

Qanundan danışan bəzi rəhbərlər,

İkili qaydadan əl çəkməyirlər.

 

44 gündə düşmən yurddan qovuldu,

Qələbə sevinci müjdəmiz oldu.

Azad oldu şəhər,kənd, qəsəbələr,

 Şanlı tarix yazdı igid əsgərlər.

 

Status olmayacaq qoy bilsin hamı,

Aldada bilməzlər Azərbaycanı.

Otuz il gözlədik vəd verənləri,

Olmadı onların nəticələri.

 

Bu gün də dözməyib qələbəmizə,

Təsirlər edirlər bax, ölkəmizə.

Bəzi ölkələr də uzun illəri

Qələbədən sonra açıb dilləri.

 

Prezident İlhamdır igid, qəhrəman,

Ata vəsiyyətin doğruldur hər an.

Heydər Əliyevin siyasətidir,

Yurdumda yaşayır və qalib gəlir.

 

UluHeydər irsi həyata keçir,

Xalqımız bu irsdənhey bəhrələnir.

İlhamla yurdumuz hey qüdrətlənir,

Bu zəfər yürüşü davam eyləyir!

 

Babakişi  Beyləqani,

“Köküm, özüm, sözüm  Azərbaycanım ” kitabından.