ABŞ Qrenlandiyaya qayıtmaq qərarına gəldi

04:00 24-08-2019 565

ABŞ Qrenlandiyada baş konsulluğunu açmağı planlaşdırır.

"Associated Press" agentliyinin məlumatına əsasən, bu barədə Dövlət Departamentinin Senatın Xarici işlər üzrə komitəsinə ünvanlanan məktubunda bildirilir.

Sənədə əsasən, Nuukada (adanın paytaxtı – red.) konsulluğun bərpası ABŞ-ın Arktikadakı fəaliyyətini artırması planları ilə izah edilir.

ABŞ-ın Qrenlandiyada baş konsulluğu ilk dəfə 1040-cı ildə Danimarkanın nasist işğalı başladıqdan sonra açılıb və 1953-cü ildə bağlanıb. Yeni baş konsulluğun Nuukedə 2020-ci ildə açılacağı gözlənilir. Burada 7 nəfərin işləməyi planlaşdırılır.

Xatırladaq ki, avqustun 16-da Trampın Qrenlandiyanı almaq imkanını nəzərdən keçirdiyi məlum olmuşdu. Danimarkanın Baş naziri adanı satmaq barədə danışıqlar aparmaqdan imtina etmişdi, bundan sonra Tramp Danimarkaya səfərini təxirə salmşdı.