Məşhur aktyor futbol klubunun həmsahibi oldu

04:45 24-08-2019 492

Amerikalı aktyor Metyu Makkonahi “Ostin” (MLS “Austin”) klubunun səhmlərinin bir hissəsini alıb.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Texas ştatını təmsil edən klub 2021-ci ildən MLS-də çıxış edəcək. Makkonahinin özü Texasda anadan olub və hazırda ailəsi ilə birlikdə Ostində yaşayır.