Vinsent Kassellə arvadı toylarının ildönümlərini qeyd edirlər - FOTO/VİDEO

23:27 24-08-2019 854

Bu gün dünyaşöhrətli aktyor, 52 yaşlı Vinsent Kassel və 22 yaşlı model Tina Kunaki toy ildönümlərini qeyd edirlər.

24 avqust 2018-ci ildə aktyor və model Fransanın cənub-qərbində evləniblər. Cütlük cəmi bir il sevgili  qalıb. Kassel sevgilisi Kunakiyə evlənmək təklif edib. Kunaki hadisələrin bu cür sürətli inkişafını heç gözləmirmiş.

Model dərgilərin birinə verdiyi müsahibədə bildirib: "Evlənmə təklif etməsi mənim üçün əsl sürpriz oldu. Bu barədə əvvəllər heç danışmamışdıq. Dərhal cavab vermədim, çünki bu təklifi heç gözləmirdim". 

Toy mərasimindən bir müddət sonracütlük valideyn olacaları haqda "Instagram"da məlumat paylaşdı. İlin əvvəlində həm Kunaki, həm də Kasselin paylaşdıqları foto və videolardaTinanın artıq nəzərəçarpacaq dərəcədə hamilə olduğu göz önündə idi.

Onlar bütün bu müddət ərzində mediadan kənarda qalmağı üstün tutdular. Eyni zamanda cütlük ara-sıra ziyafətlərə qalırdılar. Onların hər çıxışı sosial şəbəkədə fəal müzakirə edilir və ictimaiyyətin diqqətini çəkirdi. Vinsent ilə Tina film premyeralarında, moda nümayişlərində iştirak edirdilər. Onlar bu il ərzində Kann Film Festivalının qonaqları da oldular.

Münasibətlərinin ilk günlərindən bugünədək Vinsent və Tina sözün həqiqi mənasında xoşbəxt və mehriban həyat yaşayır və bu səadəti ətrafdakılarla bölüşməkdən böyük zövq alırlar.

Qeyd edək ki, bundan öncə, Kessel 14 il aktrisa Monika Belluçi ilə ailəli olub. Onlar 2013-cü ildə rəsmi şəkildə ayrılıblar. Cütlüyün bu nigahdan Deva və Leoni adlı iki qız övladları var.

Rəşad Əliyev