"Azərişıq" güclü küləyin fəsad yaratmaması üçün tədbirlər görür

00:27 25-08-2019 847

Qərb regionunda müşahidə olunan güclü küləyin fəsad yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür. 

Bu barədə HerGun.Az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, hazırda bir neçə rayon ərazisində ehtiyat məqsədilə əlavə avadanlıqlar hazır vəziyyətə gətirilib:

"Güclü küləyin 0,4kVt-luq şəbəkələrdə fəsadlar yarada biləcəyini nəzərə alaraq əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür. Bundan əlavə Qərb regionunda olan Daşəkəsən, Göygöl və digər rayonlarda əlavə mal-material hazırlığı görülüb. 

Hazırda Şimal regionunda da külək müşahidə edilir. Baş verə biləcək kəsintilərin qarşısını almaq üçün "Azərişıq" əməkdaşları operativ şəkildə lazımi tədbirlər görür".

Könül Cəfərli