Azərbaycanlı samboçu erməniyə rəqib oldu

13:27 23-06-2019 954

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu erməni idmançısına rəqib olub.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Ağasif Səmədov (-52 kq) 1/4 finalda litvalı rəqibini 5:0 məğlub edərək yarımfinala çıxıb.

Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub.

Cavidan Qarayev (-62 kq) yunan rəqibinə məğlub olub. O, təsəlliverici yarışda estoniyalı Vadim Fominlə qarşılaşacaq.

Abdulla Abdullayev (-74 kq) ilk görüşündə xorvatiyalı rəqibinə uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Arsen Qazaryana rəqib olub.

Səbuhi MUSAYEV