ABŞ-da ticarət mərkəzinin binası çökdü

00:54 26-08-2019 729

Kolumbiya şəhərində (Merilənd ştatı) qaz sızması nəticəsində partlayış baş verib, ticarət mərkəzinin  binası qismən dağılıb. 

CNN xəbər verir ki, yanğınsöndürənlərin və xilasedicilərin səyi nəticəsində zərərçəkən olmayıb.

Səhər yerli vaxtla saat 7 radələrində çağırış əsasında ticarət mərkəzinə gələn operati v xidmıətin əməkdaşları orada qaz sızmasının olduğunu qeydə alıblar. Binada və yaxınlıqda yerləşən adamları təxliyə olunub. Bundan cəmi bir saat sonra partlayış olub. 

Yerli yanğınsöndürmə xidmətinin rəhbərinin fikrincə, binanın qalan hissəsinin də uçma təhlükəsi var.