Məşhur motoyarışçı qəzada yaddaşını itirdi

03:18 26-08-2019 662

Moto GP yarışçısı qəzaya düşdü, yaddaşını itirdi “Ducati” komandasının italiyalı pilotu Andrea Dovitsiozo Moto GP Böyük Britaniya mərhələsində qəzaya düşdükdən sonra yaddaşını itirib. Yarışçını xəstəxanaya yerləşdiriblər.

Motorsport-un məlumatına əsasən, 33 yaşlı pilot həkimlərə belində möhkəm ağrı və qısamüddətli yaddaş itkisi barədə məlumat verib.

Bundan sonra onu Silverstoun şosse yolunun tibb mərkəzinə aparıblar. Növbəti yoxlanışlar üçün italyan pilot Koventri xəstəxanasına göndərilib.

Qəza yarışın startı zamanı baş verib. Dovitsiozo Fabio Kuartararonun yıxılan motosikletindən qurtula bilməyib və o da baykı ilə birlikdə aşıb. Sonra isə onun motosikleti yanıb.