Tramp yenə mediadan gileyləndi

04:36 26-08-2019 700

ABŞ prezidenti Donald Tramp Biarissdə keçirilən “Böyük yeddilik” ölkələri sammitində dünya liderlərinin ona ən çox verdikləri sualdan danışıb.

RİA Novosti” xəbər verir ki, bu haqda Ağ Evin rəhbəri “Twitter” səhifəsində yazıb.

“Bu gün dünyanın başqa liderləri hansılar ki, ABŞ-da işlərin əla getdiyini və bizim indi daha güclü olduğumuzu hesab edirlər, onların mənə ən çox verdikləri sual budur: “Cənab prezident, niyə Amerika mediası sizin ölkənizə belə dərin nifrət edir? Niyə onlar uğursuzluq arzu edirlər?”” - deyə, Tramp gileylənib.

G7 sammiti həftə sonu Fransanın cənub-qərbində, Biarissdə keçirilir.