"Expressbank"ın debit kart sayı 70 faiz artıb

15:54 26-08-2019 1083

Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması ilə bağlı dövlət tərəfindən son dövrlərdə mühüm tədbirlər reallaşdırılır.  Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə 2018-ci ildə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanan "Expressbank" da bu yöndə davamlı müsbət addımlar atır. 

Bu gün mövcud bazarda nağdsız ödənişlər sahəsində əsas vasitələr POS-terminallar və plastik kartlardır. Müştərilərə müasir ödəniş imkanlarını təqdim edən "Expressbank"ın statistik məlumatlarına nəzər yetirdikdə məlum olur ki, ölkə daxilində quraşdırılmış POS-terminalların sayında bu ilin ikinci rübünə 10 faiz artım müşahidə edilib. Ümumilikdə isə dövriyyədə olan Pos- terminalların 70 faizi 50 AZN-dək təmassız ödənişləri dəstəkləyir.

Bu isə müştərilərlə yanaşı ticarət və xidmət müəssisələrində kartla nağdsız ödənişlərin daha sürətlə qəbulu üçün şərait yaradır. "Expressbank"ın bütün plastik kartları Mastercard Contactless / VISA payWave sistemlərini dəstəklədiyi üçün bu xidmətdən hər kəs faydalana bilir. Təsadüfi deyildir ki, 2018- ci ildə Bank "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyasında ikinci yerlə təltif edilib.

Eyni artım "Expressbank"ın plastik kartlarına da şamil edilir. Dövriyyədə olan debit kart sayı ötən ilin rəqəmləri ilə müqayisədə 70 faiz artıb. Buna paralel olaraq nağdsız əməliyyatlar üzrə dövriyyədə 75 faiz artım müşahidə edilib. Bununla kifayətlənməyərək bank müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün elektron ticarətin inkişafı istiqamətində addımlar atmaqda davam edəcək.  

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan "Expressbank"ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz