2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

23:54 26-08-2019 996

"Forbes" jurnalı 2019-cu ildə ən çox gəlir əldə edən qadın müğənnilərin siyahısını dərc edib.

"Rosbalt" xəbər verir ki, siyahıda birinci pilləni amerikalı kantri-müğənni Teylor Svift tutub.

O, 185 milyon dollar qazanıb.

İkinci pillədə amerikalı RNB ifaçısı Beyonsdur. Onun gəliri isə 81 milyon dollar olub.

62 milyon dollar gəlir əldə edən Rihanna "ilk üçlüy"ə daxil olub.

Bundan əlavə, "ilk onluq"da Ketti Perri, Pink, Ariana Qrande, Cennifer Lopez, Ledi Qaqa, Selin Dion və Şakiranın adı var.