Yıldırım: İmamoğlu öndədir, təbrik edirəm

20:27 23-06-2019 1115

İstanbulda təkrar bələdiyyə sədri seçkilərində rəqibim Əkrəm İmamoğlu öndədir.

Bunu canlı efirdə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlunu təbrik etdiyini bildirib:

“İmamoğlunun İstanbula gözəl xidmət etməsini arzulayıram”.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkiləri keçirilib.

İlkin nəticələrə görə, Əkrəm İmamoğlu 53,69 faiz, Binəli Yıldıırm 45,39 isə faiz səs toplayıb.