Sambo Federasiyasına yeni vitse-prezident təyin olundu - FOTO

20:00 27-08-2019 568

Bu gün Azərbaycan Sambo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

HerGun.Az-ın xəbərinə görə, İcraiyyə Komitəsinin qərarı ilə Murad Cəfərov döyüş sambosu üzrə vitse-prezident vəzifəsinə təyin edilib.

Həmçinin Murad Cəfərov federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib.

Bundan başqa, Rüfət İsmayılov da İcraiyyə Komitəsinin üzvü olacaq.

Səbuhi Musayev