Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Minskdə saxlanıldı

00:09 28-08-2019 994

Belarusda beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb.

Bu barədə naviny.by saytı xəbər yayıb.

Bildirilib ki, bu gün Minsk aeroportunda Türkiyəyə uçmağa hazırlaşan iki qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onlardan biri 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı, digəri isə 39 yaşlı Azərbaycan vətəndaşıdır.

Hər iki qadın haqqında beynəlxalq axtarış elanı var imiş.

Saxlanılanların adları açıqlanmayıb.