Lənkəranda bıçaqlanan kişi Bakıya gətirildi

04:54 28-08-2019 671

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, rayon ərazisində yerləşən “Qobustan” marketin yaxınlığında 1989-cu il təvəllüdlü Həsənov Nizami Sulduz oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı Bakıya xəstəxanaya çatdırılıb. Ona qarının sol divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu