Luçesku Bolqarıstan çempionundan təklif aldı

07:36 28-08-2019 929

Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçesku Bolqarıstan “Ludoqorets” klubundan təklif alıb.

“Sovetski sport” xəbər verir ki, ardıcıl 8 dəfə Bolqarıstan çempionluğunu qazanan “Ludoqorets” məşqçi Stoyço Stoyevlə yollarını ayırıb.

Bildirilir ki, əgər Bolqarıstan təmsilçısı Sloveniyanın “Maribor” klubunu məğlub edib Avropa Liqasında yolunu davam etdirərsə Luçesku təklifi dəyərləndirmək niyyətindədir.

74 yaşlı rumıniyalı mütəxəssis “Ludoqorets”də oynuyan 4 həmyerlisini məşq etmək arzusundadır.

Xatırladaq ki, Luçeskunun son iş yeri Türkiyə milli komandası olub (2017-2019).